AZ

Premyer Liqa klubundan 40 milyon avroluq transfer - RƏSMİ

İngiltərənin "Kristal Pelas" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, londonlular "Tottenhem"dən Brennan Consonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kristal Pelas" Uels millisinin üzvü üçün onun klubuna 40 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, "Tottenhem" Brennan Consonu 2023-cü ilin yayında "Nottingem Forest"dən 55 milyon avroya transfer etmişdi. 24 yaşlı vinger bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
77
2
sportal.az

3Mənbələr