AZ

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

ABŞ və Avropa fond bazarlarında əsas indekslərsə artım müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ fond bazarlarında Dow Jones Industrial Average indeksi 0,66% artaraq 48 382,39 bənd, S&P 500 indeksi 0,19% yüksələrək 6 858,47 bənd səviyyəsində qərarlaşıb. NASDAQ Composite indeksi isə 0,03% azalaraq 23 235,63 bənd təşkil edib.

Geniş bazarı əhatə edən NYSE Composite indeksi 1,05% artaraq 22 233,89 bənd, Kanadanın əsas fond göstəricisi olan S&P/TSX Composite indeksi isə 0,54% yüksələrək 31 883,37 bənd səviyyəsinə çatıb.

Qeyd edək ki, ABŞ fond bazarlarında müşahidə olunan dinamika investorların faiz dərəcələri ilə bağlı gözləntilərinin sabit qalması və korporativ maliyyə göstəricilərinə dair nikbin proqnozlarla əlaqələndirilir. Avropa bazarlarında isə yüksəliş əsasən inflyasiya təzyiqlərinin zəifləməsi, Avropa Mərkəzi Bankının monetar siyasətdə yumşalmaya gedə biləcəyi gözləntiləri və bank sektorunda alışların artması fonunda formalaşıb.

"Cebheinfo.az"

Seçilən
86
3
cebheinfo.az

4Mənbələr