Azvision saytına istinadən ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, beləliklə Misirdə Azərbaycan dilinin tədris edildiyi ali məktəblərin sayı 4-ə çatıb. Bənhə Universitetinin rektoru Nasir əl-Cizavinin rəhbərlik etdiyi Xarici Dillər Mərkəzi Azərbaycan dili üzrə hazırlıq kursuna qəbul elan edib. Kurs ödənişsizdir və Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə təşkil olunub. Universitetin əməkdaşları, bakalavr, magistratura və doktorantura mərhələlərində təhsil alanlar kursda iştirak etmək üçün müraciət edə bilərlər. Universitetin nəzdində fəaliyyət göstərən Xarici Dillər Mərkəzinin müdiri doktor İman Əbdülhəq bildirib ki, hazırlıq kursunda dərslər 3 səviyyə üzrə keçiləcək. Hər səviyyə üzrə dərslər ümumi 24 saat, həftədə 2 dəfə olmaqla gün ərzində 2 saat nəzərdə tutulub. AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.