Bu ilin noyabr ayında Azərbaycan xaricə 10,9 milyon ABŞ dolları dəyərində nar ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 1,5 milyon ABŞ dolları və ya 16% çoxdur.
Ötən ilin noyabr ayında Azərbaycandan xarici ölkələrə 9,4 milyon ABŞ dolları dəyərində nar ixrac edilib.