AZ

Meksikada güclü zəlzələdən sonra 900-dən çox afterşok qeydə alınıb

Seysmoloqlar Meksikada 6,5 ​​maqnitudada zəlzələdən sonra 936 afterşok qeydə alıblar.Bu barədə ölkənin Milli Seysmoloji Xidməti "X" sosial şəbəkəsində xəbər verib.

"Yanvarın 2-si saat 20:00-a olan məlumata görə, Herrero ştatının San-Markos rayonunda baş verən 6,5 maqnitudada zəlzələdən sonra 936 afterşok qeydə alınıb", - paylaşımda bildirilib.

Qeyd olunub ki, ən güclü afterşok 4,7 maqnitudada olub. Seysmik aktivliyin monitorinqi davam edir.

Seçilən
94
3
anews.az

4Mənbələr