AZ

Gəncədə bitişik evlərdə yanğın oldu

Gəncədə yanğın hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Bağman yaşayış massivi adlanan ərazisində qeydə alınıb.

Belə ki, sözügedən ərazidə yerləşən bir-birinə bitişik evlərdə yanğın başlayıb. Əraziyə FHN yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb edilib.

Hadisə nəticəsində iki ev yanıb. Alovun qarşısının alınması istiqamətində yanğınsöndürənlər tərəfindən işlər aparılır.

 


Telegram kanalımız
Seçilən
63
2
yenisabah.az

10Mənbələr