AZ

"Çelsi"nin yeni məşqçisi o ola bilər

"Strasburq"un baş məşqçisi Liam Rosenor Londonun "Çelsi" klubunun yeni baş məşqçi postu üçün namizədlər siyahısında əsas namizəddir. Metbuat.az-ın məlumatına görə, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, London klubu baş məşqçi Entso Mareska ilə müqaviləyə xitam verib. Rosenorun rəhbərliyi altında "Strasburq" 16 turdan sonra Fransa çempionatının turnir cədvəlində 8-ci yerdədir. Komanda 23 xal toplayıb və lider "Lans"dan 14 xal geri qalır.

Seçilən
21
34
metbuat.az

10Mənbələr