“Samsunspor” Entoni Musaba ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
Apasport.az xəbər verir ki, bu barədə klub Türkiyə Futbol Federasiyasına rəsmi məlumat verib.
Bunun ardından futbolçunun yeni klubu da bəlli olub.
İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, “Fənərbaxça” niderlandlı cinah oyunçusunun azad qalma haqqını ödəyərək transferi rəsmiləşdirib.
İstanbul təmsilçisi Entoni Musaba ilə 4,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, gənc futbolçunun yaxın günlərdə “sarı-lacivərdlilər”in heyətinə qoşulacağı gözlənilir.
“Barselona”nın futbolçusu “Portu”nun hədəfində
La Liqa klubu argentinalı futbolçu ilə güclənib
45 yaşlı qolkiper klubu ilə müqavilə yeniləyib
Salah İtaliya nəhəngində çıxış edə bilər
Bundesliqa klubunda yeni məşqçi təyinatı