Bizim media saytına istinadən ain.az xəbər verir.
Fransanın milli qəhrəmanı Janna Darkın Parisin VIII dairəsindəki heykəlinin qılıncını oğurlayan kişi polis tərəfindən saxlanılıb.Bizim.Media xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.Hadisə bu gün səhər saatlarında baş verib.Məlumata görə, kişi Sen-Oqyüsten meydanındakı heykələ dırmaşıb və at üstündə oturan döyüşçünün əlindəki qılıncı qoparıb. O, qılıncla qonşu küçəyə qaçıb, orada polis tərəfindən saxlanılıb.Oğrunun bunu hansı niyyətlə etdiyi hələ bildirilmir. Polis onun psixi pozğunluqlarının olub-olmadığını müəyyən etmək üçün davranış ekspertizası keçirməyi planlaşdırır.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.