AZ

Alp dağlarında qar uçqunları nəticəsində iki nəfər ölüb

Bakı. Trend:

Alp dağlarının İtaliyada yerləşən hissəsində qar uçqunlarınəticəsində azı iki nəfər həlak olub, bir neçə nəfər xəsarətalıb.

Trend-inməlumatına görə, ciddi insidentlərdən biri Fransa ilə sərhəddəyerləşən Mayra vadisində qeydə alınıb. Burada bir nəfər ölüb, ikinəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritikqiymətləndirilir.

Daha bir qar uçqunu Turin yaxınlığında yerləşən məşhur dağ-xizəkkurortu ərazisində baş verib. Nəticədə bir nəfər yaralanıb. Bundanəlavə, İtaliyanın şimal-şərqindəki Veneto regionunda qar uçqunu 50yaşlı xizəkçi turistin həyatına son qoyub.

Hakimiyyət orqanları bildirirlər ki, mürəkkəb hava şəraiti,güclü külək və çovğun Alp dağlarında uçqun təhlükəsini əhəmiyyətlidərəcədə artırır və xilasetmə işlərini çətinləşdirir.

Məqalədə:
Seçilən
123
3
az.trend.az

4Mənbələr