"SpaceX" şirkətinin təsisçisi İlon Mask Somalinin BMT-dəki daimi nümayəndəsi Abukar Dahir Osmanın həbs olunmasına çağırıb.
Publika.az xəbər verir ki, Mask bu barədə "X"də yazıb.
Osmanın əvvəllər ABŞ vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən və "Medicaid" proqramı ilə dələduzluqda təqsirli bilinən bir səhiyyə şirkətinə sahib olduğunu iddia edən paylaşımın altında Mask yazıb: "Onu həbs edin".