ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Daxili İşlər Nazirliyi məlumat yayıb
Bayram günləri olmasına baxmayaraq polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.
Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, ötən gün Nəsimi və Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı S.Həbibov və 34 yaşlı A.Cəbizadə saxlanılıblar.
Onlardan ümumilikdə 29 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.