AZ

“Tesla” ilk dəfə liderliyini Çin şirkətinə verdi

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Tesla” rəsmi olaraq dünyanın aparıcı elektrik avtomobilləri satışı lideri titulunu 2025-ci ilin sonunda Çin nəhəngi BYD-yə təhvil verib.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Maskın şirkəti ilk dəfə olaraq əhəmiyyətli satış azalması yaşayıb və bu azalma illik 8,6%-ə çatıb. “Tesla” tələbatın azalması və model sırasının köhnəlməsi ilə mübarizə apararkən, BYD sürətli böyümə nümayiş etdirərək nəhayət planetin ən böyük elektrik avtomobilləri istehsalçısı statusunu möhkəmləndirib.

Mütəxəssislər bu azalmanın əsas səbəbləri kimi Çin bazarında artan rəqabəti, ABŞ və Avropada elektrik avtomobillərinə marağın azalmasını göstərirlər. Qiymət müharibəsinə və müntəzəm endirimlərə baxmayaraq, “Tesla” çinli rəqibinin daha ucuz və daha müxtəlif modellərinə qarşı mövqeyini qoruya bilmədi”, - məlumatda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
93
1
axar.az

3Mənbələr