AZ

Dünya Səhiyyə Təşkilatı ciddi maliyyə böhranı ilə üzləşdi

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya Səhiyyə Təşkilatı (WHO) ciddi maliyyə böhranı ilə üzləşib.

Redaktor.az xəbər verir ki, bu barədə "Health Policy Watch" nəşri məlumat yayıb.

Məlumata görə, WHO-nun 2026-2027-ci illər üçün planlaşdırılan büdcəsində təxminən 1,7-1,9 milyard ABŞ dolları həcmində maliyyə çatışmazlığı yaranıb. Bu, təşkilatın nəzərdə tutulan 4,2 milyard dollarlıq büdcəsinin böyük hissəsinin maliyyələşdirilməməsi deməkdir.

Bildirilib ki, maliyyə böhranının əsas səbəblərindən biri ən böyük donor olan ABŞ-ın təşkilata ayırdığı vəsaitlərin azalmasıdır. Nəticədə bir sıra qlobal sağlamlıq proqramlarının maliyyələşdirilməsi risk altına düşüb.

Qeyd olunur ki, yaranmış vəziyyət peyvend kampaniyaları, yoluxucu xəstəliklərə nəzarət, ana və uşaq sağlamlığı üzrə layihələrə mənfi təsir göstərə bilər.

WHO rəhbərliyi maliyyə çatışmazlığı səbəbindən xərclərin azaldılması və fəaliyyət istiqamətlərinin yenidən prioritetləşdirilməsi ilə bağlı addımlar atıldığını açıqlayıb.

Hazırda vəziyyətlə bağlı əlavə tədbirlərin müzakirə edildiyi bildirilir.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
redaktor.az

2Mənbələr