Qolkiper komandada ən yaxın olduğu futbolçunun Aleksey Kaşuk olduğunu bildirib: “Ən yaxın münasibətim Kaşukladır. İlk gündən aramızda yaxşı əlaqə yarandı və daha çox vaxtı onunla keçirirəm. Amma ümumilikdə komandada hər kəslə münasibətim çox yaxşıdır. Ümumiyyətlə isə Azərbaycanda insanların mehribanlığı gözəldir. Mənfi tərəfləri yol hərəkət qaydalarıdır. Bəzən qaydasız yarışa bənzəyir. Azərbaycan mətbəxindən isə paxlava ən sevdiyim desertdir, ona qarşı durmaq çətindir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta