Braziliya liqasının aparıcı klublarından olan “Fluminense” 45 yaşlı qapıçısı Fabio ilə yeni müqavilə imzalayıb. Təcrübəli futbolçu 2027-ci ilin sonuna kimi doğma komandanın şərəfini qoruyacaq. Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, “Fluminense” Fabionun xidmətindən razıdır. O, 4 ildir ki, komandasının uğurları üçün çalışır. Qeyd edək ki, Fabio dünya futbol tarixində ən çox oyun keçirən qapıçıdır. O, 30 ilə yaxınlaşan karyerası dövründə 1391 matçda iştirak edib. Fabio bu göstəriciyə görə ingilis mənşəli həmkarı Piter Şiltonu qabaqlayıb. "Fluminense" hazırda 64 xalla Braziliya çempionatında 5-ci sırada qərarlaşıb.