AZ

Gülnaz Sattorovanın “Bədii mətn və təfəkkür uyğunluğu” əsərinin etnosemantik və semiotik təhlili » AzadMedia.az




Bakı, 2 yanvar — Azadmedia.az


Gülnaz Sattorovanın “Bədii mətn və təfəkkür uyğunluğu” əsərinin etnosemantik və semiotik təhlili

Giriş
Müasir türkoloji və filoloji araşdırmalarda bədii mətnin təfəkkür strukturu ilə qarşılıqlı əlaqəsi mühüm metodoloji problem kimi çıxış edir. Özbəkistanın tanınmış alimi Gülnaz Sattarova bu problemi “Bədii mətn və təfəkkür uyğunluğu” əsərində semantik və semiotik müstəvidə araşdıraraq, mətni yalnız dil faktı deyil, mədəni-idraki fenomen kimi təqdim edir. Alimin yanaşması bədii mətnin mənasının müəllif təfəkkürü, kollektiv şüur və milli dünyagörüş kontekstində formalaşdığını elmi şəkildə əsaslandırır. Semantik müstəvi: mətn–mənalar sistemi Sattarovanın konsepsiyasında semantika bədii mətnin dərin qatlarını açan əsas açar kimi çıxış edir. Alimə görə bədii mətnin mənası yalnız leksik və qrammatik vahidlərin cəmi deyil;-məna konseptual, assosiativ və simvolik qatlarda formalaşır, söz mətn daxilində öz ilkin lüğəvi mənasını aşaraq təfəkkür vahidinə çevrilir.
Bu baxımdan Sattarova bədii mətni “təfəkkürün dil vasitəsilə modelləşdirilmiş semantik sahəsi” kimi qiymətləndirir. Alim semantik analiz apararkən aşağıdakı kateqoriyalara xüsusi diqqət yetirir:
-konsept (məsələn: şərq- qərb konteksti, yurd, zaman);
-arxetipik mənalar;
-milli-kulturoloji semantik yük.
Bu yanaşma onu göstərir ki, bədii mətnin semantikası fərdi müəllif təfəkkürü ilə kollektiv etnik yaddaşın sintezindən yaranır. Semiotik aspekt: mətn işarələr sistemi kimi. Gülnaz Sattarova əsərində semiotik yanaşmanı əsas metodlardan biri kimi tətbiq edir. Alimin fikrincə, bədii mətn təkcə dil işarələrindən ibarət deyil, mifoloji, mədəni, emosional və simvolik işarələr sistemidir. Semiotik baxımdan Sattarova aşağıdakı elementləri təsnif edir:
-simvol – konkret obrazın abstrakt ideyanı ifadə etməsi;( “Uluğbek xazinəsi və “Qulayetən dağlar” məqaləsi)
-işarə – mətn daxilində çoxqatlı mənaya malik vahid;( “Ruhiyat sərvətləri”, “ Söhbətlər” məqalələri)
-kod – milli-mədəni anlaşma mexanizmi(Estetik ideal və milli xarakter münasibəti” məqaləsi).
Xüsusilə türk xalqlarının bədii mətnlərində at, yol, su, dağ, işıq kimi obrazların semiotik kod daşıyıcısı olduğunu göstərir. Bu işarələr təfəkkürün arxaik qatları ilə müasir şüur arasında körpü rolunu oynayır.

Təfəkkür və mətn uyğunluğu problemi
Əsərin əsas elmi tezislərindən biri təfəkkür–mətn izomorfizmi ideyasıdır. Gülnaz Sattarovaya görə bədii mətn təfəkkürün strukturuna uyğun şəkildə qurulur, təfəkkürdəki assosiasiyalar mətnin kompozisiyasında öz əksini tapır, mətnin semantik dinamizmi təfəkkürün axıcılığı ilə paraleldir.
Bu kontekstdə alim göstərir ki, şifahi xalq ədəbiyyatında təfəkkür mifopoetik xarakter daşıyır yazılı ədəbiyyatda isə təfəkkür fəlsəfi-semantik səviyyəyə yüksəlir.
Beləliklə, bədii mətn təfəkkürün dilə çevrilmiş modeli kimi şərh olunur.

Milli düşüncə və mədəni kodlar
Gülnaz xanımın tədqiqatında xüsusi yer tutan məqamlardan biri milli təfəkkürün bədii mətndə kodlaşdırılmasıdır. Alim sübut edir ki:
-dil vahidləri milli dünyagörüşdən kənarda semantik dəyər qazana bilməz;--(“Hekayəçiliyimizin bu günkü durumu”)
Bədii mətn milli mədəniyyətin semiotik yaddaşıdır, oxucu mətni anlamaq üçün həmin mədəni kodları bilməlidir (“Ədəbiyyat və mənəvi ehtiyac” məqaləsi).
Bu yanaşma türk xalqları folkloru, dastanları və klassik ədəbiyyatının təhlilində olduqca məhsuldar metodoloji imkanlar açır.
Gülnaz Sattarovanın “Bədii mətn və təfəkkür uyğunluğu” monoqrafiyası bədii mətni semantik–semiotik sistem kimi təqdim edir, dil, təfəkkür və mədəniyyətin vəhdətini elmi əsaslarla sübuta yetirərək müasir filologiyada kognitiv, semiotik və kulturoloji yanaşmaların sintezini uğurla reallaşdırır.
Əsər türkologiya, ədəbiyyatşünaslıq və mətndilçilik sahəsində aparılan tədqiqatlar üçün nəzəri-metodoloji baza rolunu oynayır və xüsusilə folklor və dastan mətnlərinin təhlilində də geniş tətbiq imkanları açır.



Gülnazın əsərində verilən bu tip nümunələr sübut edir ki, bədii mətn təfəkkürün semantik xəritəsidir sözlər işarə, obrazlar konsept, mətn isə təfəkkür modeli rolunu oynayır, oxucu mətni yalnız dil bilikləri ilə deyil, mədəni-semiotik kompetensiya ilə dərk edir. “Bədii mətn və təfəkkür uyğunluğu” əsəri orijinallığı ilə də diqqəti çəkir. “Bədii mətn insan təfəkkürünün dil vasitəsilə obyektivləşmiş formasıdır.” Bu cümlə əsərin əsas tezisi sayılır. Sattarova burada göstərir ki, mətn yalnız üslubi quruluş deyil, təfəkkürün strukturunu əks etdirən modeldir.
Semantik aspekt isə obyektivləşmə → daxili düşüncənin mətnə çevrilməsi, forma → struktur və kompozisiya.
Semiotik aspektdə mətn → işarələr sistemi, təfəkkür → işarələrin arxasında duran idraki mexanizmdir.

Sözün semantik genişlənməsi

Gülnaz Sattarova əsər boyu izah edir ki, bədii mətndə söz ilkin lüğəvi mənasını aşaraq konseptual məna qazanır. Və nümunələr verir:
-“yol” → təkcə məkan deyil
-“su” → fiziki maddə deyil
-“işıq” → sadəcə işıqlandırma deyil.
Əsərin semantik nəticəsi daha maraqlıdır;-söz konseptə çevrilir.
Semiotik nəticə fərqlidir;- öz işarə → simvol mərhələsindən keçir.

Monoqrafiyada təfəkkür və mətn strukturu uyğunluğu da müəllifin professional baxışlarını ehtiva edir. “Mətnin kompozisiyası təfəkkürün assosiativ hərəkətinə uyğundur.” Burada müəllif göstərir ki, mətn stereotiplərlə qurulsa da, onun daxili məntiqi assosiativ təfəkkürə əsaslanır.
Müəllif semantik səviyyəni dünya ədəbi proseslər spektrində izah edir;-təkrarlar, paralel quruluşlar, simvolik dönüş nöqtələri

G. Sattarova qeyd edir ki, bədii mətn milli dünyagörüşün semiotik yaddaşıdır.
məna milli şüurla tamamlanır. Oxucu mədəni kodu bilmədən mətni tam dərk edə bilməz.
Gülnaz xanıma görə “bədii mətn oxucunun təfəkküründə yenidən qurulur.” O, burada resepsiya nəzəriyyəsinə yaxın mövqe tutur, mətn sabit deyil, oxucu təfəkkürü ilə aktivləşir. Semantik baxımdan məna dəyişkəndir, kontekstlə yenilənir. Semiotik baxımdan isə işarə oxucu şüurunda yeni interpretasiya qazanır.
Gülnaz Sattarova məqalələrində sübut edir ki, bədii mətn bərabərdir təfəkkürün dil modeli, söz konsept daşıyıcısı, məna semantika , mədəni , semiotik sintez və oxucu təfəkkür prosesinin davamı.
Bu yanaşma türkologiya, folklorşünaslıq, mətn dilçilik və kognitiv filologiya üçün son dərəcə əhəmiyyətlidir. Gülnaz Sattorovaya görə bədii mətn insan təfəkkürünün dil vasitəsilə formalaşmış modelidir və bu model düşüncənin daxili mexanizmini əks etdirir, semantik baxımdan “mətn” artıq sadəcə yazılı məhsul deyil,
idraki prosesin nəticəsidir.
Semiotik baxımdan mətn işarələr sistemi, təfəkkür isə bu işarələri yaradan mexanizmdir.
Alim göstərir ki, bədii mətndə söz ilkin nominativ mənanı aşaraq konseptual səviyyəyə yüksəlir. Təfəkkür–mətn izomorfizmi (uyğunluq prinsipi) kimi cilalanaraq alimin düşüncəsindən elmi piyasiya gətirilir. Mətnin daxili strukturu insan təfəkkürünün assosiativ hərəkətinə uyğundur. Mətn xətti görünsə də, təfəkkür qırılmalar, geri dönüşlər, paralellər üzərində qurulur. Semantik baxımdan, təkrarlar, simvolik dönüş nöqtələri, daxili monoloqlar diqqəti çəkirsə, semiotik baxımdan struktur → düşüncə xəritəsi, kompozisiya → idraki ardıcıllıq alimi düşündürən problemlərdir. G. Sattorova qeyd edir ki, bədii mətn milli dünyagörüşün semiotik yaddaşıdır. Alimin düşüncələrinə görə mətn sabit deyil, oxucu onu öz idraki təcrübəsinə uyğun şərh edir. Semantik baxımdan da məna dəyişkəndir, kontekstlə yenilənir. Semiotik baxımdan isə işarə oxucu şüurunda yeni mənalar qazanır
Araşdırmaya görə elmi nəticə məna, mətn və oxucu təfəkkürünün sintezindən asılıdır.
Gülnaz Sattorovanın “Bədii mətn və təfəkkür uyğunluğu” əsərində;- bədii mətn təfəkkürün dil modelidir, söz konsept və simvol daşıyıcısıdır, məna semantik mədəni semiotik sintezdir, oxucu da təfəkkür prosesinin aktiv iştirakçısıdır.

Qalib Sayılov Filologiya elmləri doktoru,
AMEA Folklor İnstitunun
Baş elmi işçisi
Seçilən
115
1
azadmedia.az

2Mənbələr