AZ

Azərbaycanın Pakistana 2 milyard dollar həcmində investisiya mexanizmi müzakirə olunub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın xarici işlər naziri İshaq Dar arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanın Pakistana 2 milyard dollar dəyərində investisiyasının reallaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə ediblər və bu əlaqələrin daha da inkişaf etdiriməli olduğu ilə bağlı razılığa gəliblər.

Seçilən
103
18
aznews.az

10Mənbələr