AZ

Gəncədə doqquzmərtəbəli binada yanğın olub

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Sözü gedən ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində olan mənzildə anidən yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Seçilən
84
7
anews.az

8Mənbələr