Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qabon hökuməti milli komandanın Afrika Millətlər Kubokundakı çıxışını "biabırçı uğursuzluq" kimi qiymətləndirərək kəskin addımlar atıb.
Fanat.Az xəbər verir ki, hökumət bu uğursuzluqdan sonra milli komandanın fəaliyyətini qeyri-müəyyən müddətə dondurmaq qərarına gəlib.
Alınan rəsmi qərara əsasən, bütün texniki heyətin müqaviləsi ləğv edilib və komandanın oyun keçirməsi qadağan olunub. Həmçinin, ulduz futbolçu Pyer-Emerik Obameyanq və kapitan Bruno Manqa heyətdən kənarlaşdırılıblar.
İkinci bir əmrə qədər milli komandanın fəaliyyəti dayandırılmış vəziyyətdə qalacaq.
Kamil Xudiyev
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.