AZ

AAYDA-nın nəzdində fəaliyyət göstərən 19 saylı Xüsusi Təyinatlı Yol MMC- tərəfindən Bakı–Şamaxı–Yevlax magistralında fasiləsiz yol hərəkəti təmin olunur » AzadMedia.az

AAYDA-nın

Hazırda ölkə ərazisində müşahidə olunan qarlı və küləkli hava şəraitinə baxmayaraq, Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun Acıdərə hissəsində nəqliyyatın hərəkətində heç bir məhdudiyyət yoxdur. Magistral yol boyu yol təhlükəsizliyinin təmin edilməsi məqsədilə operativ və fasiləsiz tədbirlər həyata keçirilir.
Bu barədə Azadmedia.az-a məlumat verən AAYDA-nın nəzdində fəaliyyət göstərən 19 saylı Xüsusi Təyinatlı Yol MMC-nin rəhbəri Nazim Eynallı bildirib ki, xüsusilə Bakı–Şamaxı–Yevlax magistralının 105–120-ci kilometrlik hissəsində AAYDA-nın nəzdində fəaliyyət göstərən 19 saylı Xüsusi Təyinatlı Yol MMC-nin əməkdaşları və xüsusi təyinatlı texnikası gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gecə saatlarından etibarən yağan qar və əsən külək nəticəsində yollarda yüngül buzlaşma qeydə alınsa da, yol təsərrüfatı əməkdaşlarının operativ müdaxiləsi sayəsində qar örtüyü vaxtında təmizlənib, yol səthinə qum-duz qarışığı səpilib.
N.Eynallının sözlərinə görə bayram günləri ilə əlaqədar bölgəyə turist axınının artması fonunda həm turistlərin, həm də yerli əhalinin rahat və təhlükəsiz hərəkəti üçün bütün zəruri tədbirlər görülüb. Hazırda magistral yolda nəqliyyatın gediş-gəlişi tam təmin olunub, hər hansı məhdudiyyət tətbiq edilmir.
Bununla yanaşı, Şamaxı–Pirqulu–Çuxuryurd–Dəmirçilər kəndlərini əhatə edən avtomobil yollarında da qardan və buzdan təmizləmə işləri davam etdirilir. Yol səthinə mütəmadi olaraq qum-duz qarışığı səpilir, nəticədə hərəkət iştirakçıları üçün təhlükəsiz şərait yaradılır.
Qeyd edək ki, 19 saylı Xüsusi Təyinatlı Yol MMC-nin rəhbəri Nazim Eynallı gücləndirilmiş iş rejimində çalışan heyətlə mütəmadi əlaqə saxlayır, yol şəraiti və görülən işlər daim nəzarətdə saxlanılır. Mövcud hava şəraitinə baxmayaraq, yol təsərrüfatı əməkdaşlarının peşəkarlığı və fədakar əməyi sayəsində bölgədə nəqliyyat təhlükəsizliyi yüksək səviyyədə qorunur.
Hazırda hava şəraiti külək və qarla müşayiət olunsa da, yollar açıqdır və sürücülər təhlükəsiz şəkildə hərəkətlərini davam etdirə bilirlər.

Seçilən
74
3
azadmedia.az

4Mənbələr