Şamaxıda buzlu yolda köməksiz qalan 5 nəfər xilas edilib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Şamaxı rayonunda (Şamaxı-Muğanlı yolunun 12-ci kilometrliyi) yolun qarlı-buzlu olması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.