Qadın və kişi voleybolçular arasında yüksək liqalarda 2026-cı ilin ilk oyunlarının vaxtı açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Kişilərin yarışında 8-ci tura yanvarın 6-da “Neftçi” - “Gənclər” matçı ilə start veriləcək. Qarşılaşma saat 16.00-da başlanacaq. Saat 18.00-da “Ordu” - Murov Az Terminal” görüşü keçiriləcək. Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında olacaq. “Gəncə” - “Milli Aviasiya Akademiyası” matçı yanvarın 9-da saat 15.00-da start götürəcək. Bu oyun isə Gəncə İdman Sarayında təşkil ediləcək.
Yanvarın 9-da, saat 16.00-da, FHN-nin idman zalında 2-ci turdan təxirə salınmış “Azerreyl” - “Gənclər” qarşılaşması baş tutacaq.
Qadınların mübarizəsində isə 6-cı turdan təxirə salınmış matç yanvarın 6-da olacaq. Saat 17.00-da “Murov Az Terminal” - “Abşeron” oyunu keçiriləcək. 8-ci turun “Turan” - “Azerreyl” görüşü yanvarın 8-də saat 14.00-da, “DH Volley” - UNEC qarşılaşması saat 18.00-da keçiriləcək. “Gəncə” - “Milli Aviasiya Akademiyası” dueli isə yanvarın 9-da saat 15.00-da başlanacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta