AZ

Azərbaycan klubu türkiyəli voleybolçu transfer etdi

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə bölgə təmsilçisindən məlumat verilib.

Türkiyəli oyunçu Aysu Elveren ilə müqavilə imzalanıb.

21 yaşlı voleybolçunun son klubu Kosova təmsilçisi “Gjinoci” olub. A.Elveren daha əvvəl ölkəsinin “Çanaqqala Bələdiyəspor”, “Ortakçı Orhaniyespor”, “Bahçelievler Belediyesi” və “Vakıfbank” komandalarının şərəfini qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
115
20
bizim.media

10Mənbələr