AZ

Yeni ildə bu ölkədə 1173 maşın yandırıldı

Fransada Yeni il gecəsi kütləvi iğtişaşlar və yanğınlarla yadda qalıb. Ölkə üzrə bir gecə ərzində minlərlə avtomobilə ziyan dəyib, polis əməkdaşlarına qarşı hücumlar qeydə alınıb. Hadisələr əsasən ölkənin şimal və şərq bölgələrində baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin yenilənmiş hesabatında məlumat verilib.

Qeyd olunub ki, birbaşa qəsdən yandırma və ya alovun yayılması nəticəsində ümumilikdə 1173 avtomobil yanıb:

“Halbuki ötən il bu göstərici 984 olub”.

Daha əvvəl BFMTV telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla bir gecədə 813 avtomobilin yandırıldığını bildirmişdi.

Bizim.Media

Seçilən
13
2
bizim.media

3Mənbələr