AZ

Mikelsdən möhtəşəm statistika

"Sabah"ın futbolçusu Coy Lens Mikels performansı ilə diqqət çəkməyə davam edir.

"Cebheinfo.az" xəbər verir ki, ulduz futbolçu 2025-2026 mövsümünün ilk yarısına damğa vurub.

O, bu mövsüm paytaxt klubunda meydana çıxdığı 21 matçda 16 qol vurub, 5 məhsuldar ötürmə edib.

Mikels avrokuboklarda 6 qol, 1 məhsuldar ötürmə, ölkə kubokunda isə 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. 31 yaşlı alman futbolçu Premyer Liqada da 9 qol vurub, 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, liqamızda qış çempionu olan "Sabah"ın ulduzu Mikels bombardirlər siyahısına da başçılıq edir.

Seçilən
111
1
cebheinfo.az

2Mənbələr