AZ

Cənubi Koreyanın keçmiş prezidentinin həbs müddəti uzadılıb

Cənubi Koreyanın sabiq prezidenti Yun Suk Yolun həbs müddəti 6 ay müddətinə uzadılıb.

APA "Yonhap"a istinadən xəbər verir ki, Seul məhkəməsi keçmiş prezidenti Şimali Koreyaya dron göndərməkdə ittiham edib və onun həbs müddətinin 6 ay uzadılması barədə hökm çıxarıb.

Bildirilib ki, Yun Suk Yolun müdafiə nazirliyinə və ya Baş Qərargaha məlumat vermədən Şimali Koreyaya dron göndərilməsi barədə dron qüvvələrinin rəisinə tapşırıq verməsi barədə iddialar var və bu iddialar araşdırılır.

İddia edilir ki, sabiq prezidentin bunda məqsədi Şimali Koreyanı cavab addımı atmağa sövq etmək və Cənubi Koreyada hərbi vəziyyət elan edilməsi üçün bəhanə almaq olub.

Qeyd edək ki, Cənubi Koreyanın keçmiş prezidentinin həbs müddəti yanvarın 18-də başa çatmalı idi.

Qeyd edək ki o, ötən ilin dekabrında parlament tərəfindən impiçment edilib və vəzifədən uzaqlaşdırılıb.

Seçilən
22
5
day.az

10Mənbələr