AZ

Maduro Trampla yeni danışıqlarla bağlı şayiələri təkzib edib”

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“Noyabrın 21-də Miraflores Sarayında olduğum zaman Ağ Evdən mənə zəng etdi"

Venesuela Prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampla sonuncu dəfə 2025-ci ilin noyabr ayında danışdığını bildirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Maduro bu barədə jurnalist İqnasio Ramonetə verdiyi müsahibədə deyib.

"İkinci söhbətin olduğuna dair fərziyyələr gördüm. Yalnız bir söhbətimiz oldu. Tramp noyabrın 21-də Miraflores Sarayında olduğum zaman Ağ Evdən mənə zəng etdi", - deyə qeyd edib.

Maduro söhbətin təxminən 10 dəqiqə davam etdiyini və hörmətli bir atmosferdə keçdiyini qeyd edib.

Venesuela lideri bildirib: "Mənə ilk dediyi söz “Cənab Prezident Maduro” oldu”.

Maduro qeyd edib ki, söhbət yaxşı keçsə də, "sonradan baş verən hadisələr xoş deyildi".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
ayna.az

1Mənbələr