ain.az, 525.az saytına istinadən bildirir.
Uzun müddət davam edən quraqlığın ardınca yağan güclü yağışlar Əfqanıstanın bəzi ərazilərində daşqınlara səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 17 nəfər həlak olub, 11 nəfər ağır xəsarət alıb.
Bu məlumatı ölkənin Fövqəladə Hallar İdarəsinin nümayəndəsi Mohammad Yusaf Hammad yerli televiziyaya açıqlamasında bildirib.
Sel Herat əyalətində 5 nəfərlik ailənin ölümünə səbəb olub. Həyatlarını itirənlərin əksəriyyəti dağlıq bölgələrdə yaşayanlardı.
Qeyd edək ki, daşqınlar 1800 ailənin evsiz qalmasına səbəb olmaqla yanaşı, infrastruktura ciddi ziyan vurub. Yüzlərlə baş xırda və iribuynuzlu heyvan məhv olub.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.