ain.az bildirir, Azvision saytına əsaslanaraq.
Laricani bildirib ki, İsrailin rəsmi şəxslərilə Trampın bəyanatlarının sayəsində etirazçıların arxasında kimlərin dayandığı bəlli olub. “Biz etiraz edən ticarətçilərlə dağıdıcı ünsürləri fərqləndirməyi yaxşı bacarırıq. Tramp anlamalıdır ki, İranın daxili işinə müdaxiləsi bütün regionu qarışdıra və ABŞ-nin bölgədəki maraqlarına zərbə vura bilər”,- deyə “X” hesabında yazıb.
Laricani daha sonra əlavə edib ki, bu avantüranı başlayan Tramp öz əsgərlərinin təhlükəsizliyini düşünməlidir.

Tramp: “İrandakı etirazçılara köməyə hazırıq”
Əli Şamxani öz növbəsində kinayə ilə qeyd edib ki, İran xalqı Amerikanın gətirdiyi “xilasın” nə olduğunu İraq və Əfqanıstandan Qəzzaya qədər hər yerdə yaxşı görüb. “İranın daxili işlərinə uzanan hər bir kənar əl məqsədinə çatmadan kəsiləcək”,- o vurğulayıb. Bəzi mənbələrin məlumatına görə, ABŞ prezidentinin hədələrindən sonra İranın Fars körkəzinin yaxınlığındakı raket qoşunlarında fəallaşma müşahidə olunub. Amma bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Tariyel Həsənov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.