ain.az, Marja.az saytına istinadən bildirir.
Alüminiumun qiyməti təchizatla bağlı narahatlıqlar fonunda 2022-ci ildən sonra ilk dəfə olaraq ton başına 3 min dollar səviyyəsinə yüksəlib.
Marja xəbər verir ki, qlobal bazarlarda alüminiumun qiyməti, təklif perspektivinin daralması və uzunmüddətli tələblə bağlı müsbət gözləntilər səbəbilə üç ildən artıq fasilədən sonra bu həddi aşıb. Xüsusilə Çində alüminium istehsal gücünə tətbiq edilən 45 milyon tonluq məhdudiyyətin bazarda təklifin azalmasına, tələbin isə artmasına səbəb olacağına dair gözləntilər metallara əlavə dəstək verib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Analitiklər qeyd edirlər ki, enerji keçidi, infrastruktur layihələri və elektromobil sənayesində alüminiuma olan tələbin artması qiymətlər üzərində yuxarı yönlü təzyiqi gücləndirən əsas amillər sırasındadır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.