Smart kart tipli bəzi qaz sayğaclarında ödəniş sistemində 2026-ci yanvarın 1-i tarixindən yaranmış problem həmin gün axşam saat 20:00 aradan qaldırılmışdı. Kütləvi əməliyyatlar aparılması zamanı sistem təkrar xətalarla üzləşib.
Məsələ ilə bağlı "Azəriqaz" İB açıqlama verib.
Açıqlamada qeyd edilib ki, təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciət sayı da çox olur: Müraciət sayının çox olmasından müəyyən xətalarla üzləşdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi iş aparır".
Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb.
Problem dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən qeydə alınmağa başlayıb.
“Azəriqaz” abonentləri qeyd edir ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur.