Bakı. Trend:
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğumgünüdür.
Trend xəbərverir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımovbeş gün ac-susuz qalsa da, bayrağımızı əlindən düşürməyib.
N.Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu,Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlıbirləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinəhücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkiledilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsindəiştirak edib.
12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndiistiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsirgötürüb.
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığındayüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı altı döyüşyoldaşı həlak olduqdan sonra beş gün ac-susuz orada qalaraqtəkbaşına döyüşüb.
Gülləsi qurtardığından altıncı gün, 12 mart 1992-ci ildərusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və EnrikoSarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsirgötürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən“Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax”adlı məqalədə təsvir edilib.
Qeyd edək ki, 25 iyun 2024-cü il tarixində AzərbaycanPrezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə NatiqQasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.