AZ

Tramp İrana xəbərdarlıq edib

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ dolları Donald Tramp İrana etirazlarla bağlı xəbərdarlıq edib:

“Əgər İran dinc etirazçılara zorakılıqla atəş açsa və onları öldürsə, hansı ki bu onların adətidir, ABŞ etirazçıların köməyinə gələcək. Biz ora getməyə tam hazırıq”.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-ın İrandakı etirazlara müdaxilə edəcəyi təqdirdə, Vaşinqtonun regiondakı maraqlarının məhv ediləcəyi barədə xəbərdarlıq edib.

“Biz etiraz edən sahibkarların mövqeyini təxribatçı elementlərdən ayrı bilirik və Tramp bilməlidir ki, Amerikanın bu daxili məsələyə müdaxiləsi bütün regionun sabitliyinin pozulmasına və ABŞ maraqlarının məhvinə bərabərdir”.

Qeyd edək ki, son günlərdə İranda hökumətə qarşı etiraz aksiyaları başlayıb. Etirazçılardan bir neçəsinin öldürüldüyü xəbərləri yayılıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
127
50
icma.az

10Mənbələr