AZ

Premyer Liqada geridönüşlər

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasında birinci dövrədə ən çox geridönüş edən komanda “Zirə”dir.

Futbolpress.az-ın məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 16 turda 7 dəfə hesabda geri düşüb. Komanda bu görüşlərin 3-nü çevirib, qələbə qazanmağı bacarıb. Digər görüşlərdə isə 2 heç-heçə, 2 məğlubiyyət yaşanıb.

Bu göstəricidə ikinci sırada “Sumqayıt”dır. “Kimyaçılar” 16 turda 10 dəfə hesabda geri düşüb. Saşa İliçin rəhbərlik etdiyi kollektiv 3 matçı qazanıb, 2 dəfə heç-heçə edib, 5 dəfə isə uduzub.

“Üçlüy”ü “Araz-Naxçıvan” tamamlayır. Komandanın 10 oyununda hesabı rəqiblər açıb. Bu matçların 2-də qələbə qazanan naxçıvanlılar, 4 dəfə heç-heçə edib, 4 dəfə uduzub.

Statistikanın ən pis göstəricisi “Qəbələ”yə məxsusdur. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda rəqibin hesabı açdığı bütün oyunlarda uduzub – 11 matç.

“Karvan-Yevlax” isə 14 dəfə geri düşdüyü matçda iki dəfə heç-heçəyə nail olub. Qalan görüşlər isə yevlaxlıların məğlubiyyəti ilə başa çatıb.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
futbolpress.az

2Mənbələr