Bakı.Trend:
Bayram günləri olmasına baxmayaraq polis əməkdaşları tərəfindənnarkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davametdirilir.
Trend xəbərverir ki, bununla bağlı DİN məlumat yayıb.
Bildirilib ki, ötən gün Nəsimi və Qaradağ rayonlarında keçirilənəməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəlibilinən 51 yaşlı S.Həbibov və 34 yaşlı A.Cəbizadə saxlanılıblar.Onlardan ümumilikdə 29 kiloqram narkotik vasitə olan marixuanaaşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.