AZ

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

 

Pravda.az bu barədə Dövlət Dəniz və Liman Agentliyinə istinadən xəbər verir.

 

Qeyd edilib, yanvarın 2-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

 

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

Tarix: 2 Yanvar 2026, 13:35   
Seçilən
17
47
pravda.az

10Mənbələr