Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
"Yeni Sabah" xəbər verir ki, yanvarın 2-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda 3-5 metr çatacağı proqnozlaşdırılır.
Telegram kanalımız