İranda 2025-ci il ərzində narkotik, qətl, casusluq və təcavüz kimi cinayətlərə görə məhkum edilmiş 1 922 nəfərin edam edildiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Norveçdə yerləşən İran İnsan Hüquqları təşkilatı məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə İranda 1 922 nəfər edam edilib və bu, son on ilin ən yüksək edam göstəricisi olub.
Qeyd olunur ki, ötən il edam edilənlərin 87 faizi kişi, 3 faizi qadın olub, 10 faizinin isə cinsi müəyyən edilməyib.