Ölkə üzrə bütün abonentlərin qaz limitləri yenilənib - RƏSMİ
Ölkə üzrə bütün abonentlərin qaz limitləri yenilənib.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat yayılıb.
Bildirilib ki, qaz limitləri il dəyişəndə avtomatik olaraq yenilənir.
“Smart kart tipli sayğaclarda dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik yenilənmə gedir. Yanvarın 1-dən isə bütün ölkə üzrə qaz limitləri yenilənir və abonentlərin sərfiyyatı yeni limitlə ölçülür”,-deyə qurumdan əlavə olunub.