Bakıda yanvarın 3-də havanın əsasən yağmursuz olacağı, bəzi rayonlarda isə qar yağacağı gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 2-dən 3-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.