AZ

Ayntraxt ın hücumçusu Bakıdakı matçda Qarabağ a qarşı oynamayacaq

ain.az, Fanat saytına istinadən bildirir.

"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan "Ayntraxt" futbolçusu Elye Vahini icarəyə verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı Frankfurt klubunun mətbuat xidməti yayıb.

22 yaşlı hücumçu cari mövsümün sonuna qədər "Nitsa"da top qovacaq. Bundesliqa təmsilçisi icarə müqaviləsindən 1,5 milyon avro qazanacaq. 

Elye bu mövsüm "Ayntraxt"ın heyətində 14 matça çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də Bakıda keçiriləcək.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
fanat.az

2Mənbələr