AZ

İranda gərginlik artır: etirazçılar 3 şəhəri nəzarətə götürüb

İranda ötən ilin son günlərində başlayan siyasi etirazlar siyasi müstəviyə keçib.

Turkustan.az xəbər verir ki, ölkə daxilində etirazlar güclənir, nümayişçilər hökumət binalarına hücum edir və hazırkı hakimiyyət nümayəndələrinə müqavimət göstərirlər.

Bildirilir ki, Əsdabad (Həmədan əyaləti), Əzna və Qudəşt (Lorestan əyaləti) şəhərləri tam olaraq etirazçıların nəzarəti altına keçib.

Haızrkı hakimiyyətə qarşı etirazlara daha 4 şəhər: Qum, Havar və Nəhavənd, eləcə də strateji əhəmiyyətli liman şəhəri olan Bəndər Abbas qoşulub.

Bəndər Abbas limanı konteyner yüklərinin, neft ixracının və zəruri malların idxalının əhəmiyyətli bir hissəsini idarə edir və İran iqtisadiyyatının və regional ticarətin dəstəklənməsində mərkəzi rol oynayır.

Çahar Mahal və Bəxtiyari şəhərlərində etirazçılar yerli Bəsic şöbəsinə girməyə cəhd edir, Xorramabad şəhərində isə çevik polislə toqquşmalar baş verir. Mərvdəşt, Həmədan və Abdanda etirazlar geniş vüsət alır. Etirazçılar Bəsic qüvvələrinin təcili yardımla daşındığını, eləcə də təhlükəsizlik qüvvələrinin özlərini gizlətmək üçün mülki geyim geyindiyini bildirirlər.

Etirazçıların əsas şüarı belə idi: "Diktatora ölüm", "Bu, son döyüşdür", "Xameneiyə ölüm" və"Azadlıq! Azadlıq!" çağırışlarıdır./modern.az/

Seçilən
58
2
turkustan.az

10Mənbələr