AZ

Cinayət törədən 18 nəfər saxlanıldı

Yanvarın 1-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Axtarışda olduğuna görə ümumilikdə 6, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Seçilən
30
49
metbuat.az

10Mənbələr