Nigeriyanın Plateau əyalətində Yeni il şənlikləri zamanı baş verən silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib, çox sayda insan yaralanıb və bir neçə nəfər qaçırılıb.
"Cebheinfo.az" xəbər verir ki, Vanga bölgəsinin katibi İliya Çunq verdiyi açıqlamada bildirib ki, kimliyi məlum olmayan şəxslər Plateau əyalətinin Vvanga bölgəsində Yeni il şənlikləri zamanı silahlı hücum həyata keçiriblər.
Çunqun sözlərinə görə, hücum nəticəsində aralarında qadın və uşaqların da olduğu 9 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Plateau əyalətinin polis sözçüsü Alabo Alfred isə bildirib ki, təhlükəsizlik qüvvələri hadisə yerinə göndərilib və qaçırılan şəxslərin xilas edilməsi üçün əməliyyatlar aparılır.
Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də İŞİD-in Qərbi Afrika qolu olan "Boko Haram" və “ISWAP” terror təşkilatlarının üzvlərinin hücumları ilə üz-üzədir.
Ölkədə adam oğurluğuna görə ölüm cəzası tətbiq olunsa da, fidyə məqsədilə adam qaçırma halları tez-tez baş verir.
Silahlı şəxslər adətən kəndləri, məktəbləri və sərnişinləri hədəf alaraq fidyə tələb edirlər.