AZ

Tramp hər gün yüksək dozada aspirin qəbul edir: Səbəbini açıqladı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp hər gün həkimlərin tövsiyəsindən daha yüksək dozada aspirin qəbul etdiyini açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp "The Wall Street Journal" qəzetinə müsahibəsində danışıb.

O, qollarındakı göyərmələrin də bununla bağlı olduğunu bildirib, hansı ki, bu ləkələr Ağ Ev sahibinin sağlamlığı ilə bağlı suallar doğururdu.

"Həkimlər deyirlər ki, aspirin qanı durultmaq üçün xeyirlidir, mən də ürəyimdən qatı qanın axmasını istəmirəm. İllərdir onu yüksək dozada qəbul edirəm və bu, həqiqətən də göyərmələrə səbəb olur", - deyə Tramp izah edib.

Trampın həkimi Sean Barbabella qəzetə verdiyi açıqlamada prezidentin gündə 325 mq aspirin qəbul etdiyini deyib.

Qeyd edək ki, Trampın hələ ikinci dəfə ABŞ prezidenti seçilməzdən əvvəl sağ qolunda uzun müddətdir göyərmələr müşahidə olunur. O, bu göyərmələri makiyaj və sarğılarla gizlətməyə çalışsa da, bu, diqqət çəkib.

Mayo Klinikasının məlumatına görə, infarkt və ya insultdan qorunmağa kömək edə biləcək aşağı aspirin dozası 75-100 mq təşkil edir. Adətən 81 mq qəbul etmək tövsiyə olunur. Klinika həmçinin bildirib ki, aspirin terapiyası üçün gündəlik doza adətən 75-325 mq arasındadır.

Aspirin qanı duruldaraq qan laxtalanmasının qarşısını ala bilər. Amma eyni zamanda həddindən artıq qəbulu qanaxma riski də yaradır. Son illərdə ABŞ səhiyyə müəssisələri bir çox yetkinlərə aspirinin gündəlik istifadəsini tövsiyə etməyi dayandırıb, çünki onlarda risklər faydaları üstələyir. Bəzi həkimlər isə xəstələr 70 yaşına çatdıqdan sonra aspirin terapiyasını tamamilə dayandırmağı təklif edirlər.

Barbabella bildirib ki, Trampın sağlamlıq vəziyyəti müstəsna dərəcədə yaxşıdır:

"Prezident Trampın tibbi müayinələri və laboratoriya testləri əla metabolik sağlamlıq göstərməyə davam edir və onun ürək-damar sisteminin həqiqi yaşından 14 yaş kiçik yaşla uyğun gəldiyini göstərir. Ümumilikdə, prezident müstəsna yaxşı dərəcədə sağlamlıq vəziyyətindədir və özünün baş komandan vəzifələrini yerinə yetirmək üçün ideal şəkildə uyğundur".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
oxu.az

1Mənbələr