AZ

Serxio Ramos İspaniya klubunun prezidenti olaBİLƏR

İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos "Sevilya" klubunun prezidenti ola bilər.

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi La Liqa təmsilçisini almaq üçün təklif irəli sürüb.

"Sevilya"nın ABŞ fondu ilə danışıqları uğursuzluqla nəticələnib və bu da səhmlərin qiymətinin düşməsinə səbəb olub. Hazırda ən böyük məbləği Ramosun təklif etdiyi deyilir.

Qeyd edək ki, Serxio Ramos "Sevilya"nın yetirməsidir. O, 2004/2005 və 2023/2024 mövsümlərində əsas komandada çıxış edib. Karyerasında "Real" və Fransanın PSJ komandalarında da oynamış müdafiəçi son olaraq Meksikada "Monterrey"in formasını geyinib.

Seçilən
35
1
redaktor.az

10Mənbələr