İngiltərə Premyer Liqasının 19-cu turunda “Lids”lə keçirilən oyun (0:0) “Liverpul”un qapıçısı Alison Bekker üçün əlamətdar olub.
QOL.az xəbər verir ki, onun Premyer Liqada qol buraxmadığı matçların sayı 100-ə çatıb.
Qeyd edək ki, 33 braziliyalı qapıçı 2018-ci ildən"Liverpul"da oynayır. O, bu mövsüm Premyer Liqada 14 görüşdə meydanda olub, 19 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlaya bilib.