Rəssam Kazimir Maleviç tərəfindən yaradılmış “Qara kvadrat” əsərinin 110 yaşı var. Bir əsrdən artıqdır ki, supermagik şah əsər kimi tanınan bu rəsm əsər haqqında miflər dolaşır.
Bizim.Media xəbər verir ki, ağ çərçivədəki zil qara kvadrat təsadüfi bir şəkil deyil, rəssam burada hər kəsi məhvə aparacaq heçliyi göstərmək istəyib. Bu, boşluq, qaranlıq, yoxluq kultunun davamlı təsdiqidir.
Bu rəsmə baxan insanlar sadəcə bir söz deyirlər. “Bunu çəkməyə nə var?”.
Həqiqətən də ağ kətanda qara kvadrat çəkilib və içi də eyni rənglə doldurulub. Hətta uşağın belə çəkə biləcəyini deyənlər, gözlərini ayırmadan bu qara “dəliy”ə baxandan sonra sanki burulğana düşdüklərini hiss edirlər.
Rəssam özü isə bunu belə izah edirdi:
“Mən onu mistik transda olarkən çəkmişəm. Özümdə deyildim. Bir də baxdım ki, sonucda belə bir rəsm alınıb”.
Müasirləri qeyd edirdilər ki, Maleviç uzun müddət yatmaq və ya yemək yeməkdə çətinlik çəkib, tez-tez havalı kimi gəzirdi.
Əsərin nümayiş olunduğu Tretyakov Qalereyasının tədqiqatçıları 2015-ci ildə rəsmi araşdıblar. Onu mikroskopla müşahidə etdikdən və boya çatlarını araşdırdıqdan sonra, təsvirin altında başqa bir qara təbəqənin və çətinliklə görünən işarələrin olduğunu aşkar ediblər.
Bizim.Media