AZ

Goranboyda ağır qəza -Ata və oğlu öldü


Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Medicina.az “Unikal”a istinadən xəbər verir ki, Nadirkənd kəndi ərazisində minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü, Kələk kənd sakini 1986-cı il təvəllüdlü A.Hüseynov və onun övladı 2008-ci il təvəllüdlü S.Hüseynov həlak olub.

Sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü L.Əliyeva və 2014-cü il təvəllüdlü Y.Hüseynova isə müxtəlif xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
19
6
medicina.az

7Mənbələr